| |
Geri |
|
| |
 |
| Günel AZƏRİ |
|
| "Kaş ki" | |
| 06.03.2008 | |
| Etdiklərindən peşman olmayan... | |
|
| |
Bu həyatda yaşayan hər bir insanın yeqinki ən çox işlətdiyi sözlərdən biri “kaş ki” sözüdür. Əslində bu elə də asan bir söz deyil. Bu sözün altında insanın peşmanlığı yatır. Həyatda hər kəs peşman ola bilər ancaq peşmanlıq duyğusunu həyatin bir parçası etməyin heç bir mənası yoxdu. Yaşayan hər bir insan sehf edə bilər unutmamaq lazımdır ki, səhflər insanlar üçündür. Önəmli olanı etdiyin sehflərdən nəticə çıxarmaq və bir daha bu sehfi təkrarlamamaqdı. İnsan bütün həyatını duyduğu peşmanlıq hissiylə keçirsə həm özünü həm də, ətrafında olan insanları bədbəxt etmiş olar. Buna isə yəni, başqalarını bədbəxt etməyə heç kimin haqqı, hüququ yoxdu. İnsan keçmişinə nəzər saldıqda ordan paşmanlıq yox, dərs çıxartmalıdır. Əgər həyatımızı duyduğumuz pesmanlıq hissiylə keçirsək, onda bundan sonra etdiyimiz bütün hərəkətlərin yanlış olduğunu düşünməyə başlayacaq və həyatda heç nədən razı qalmayacağıq. Don Juan belə demişdir: “Ölümün daima bizi izlədiyi həyatda şübhə və peşmanlıq üçün vaxtımız yoxdu. Ancaq qərarlar üçün zaman var.” Unutmamalıyıq ki, həyatda səhfsiz insan yoxdu. Heç kim mələk deyil. Bütün həyatımızı isə keçmişdə etdiyimiz səhfləri düşünüb peşman olmaqla keçirsək, gələcəyi yaşamağa vaxtımız qalmaz. Ən əsası bu səhfi görmək və onu düzəltməyə çalışmaqdı. Əgər insan etdiyi hər hansı bir yanlışa, səhfə görə özünü bağışlaya bilmirsə unutmamalıdır ki, artıq keçmişi dəyişmək olmur. Keçmiş artıq keçib, ancaq gələcəyi dəyişmək və orda bu səhfləri etməmək bizim əlimizdədi. Quranda da bildirilir ki: “İnsan qüsurlara, acizliklərə sahib olaraq yaradılmış bir canlıdır. Ona verilən həyat müddətində yanılar, unudar və saysız səhflər edə bilər. Amma eyni zamanda Allahın vermiş olduğu tövbə kimi böyük bir nemətlə bu səhfləri təlafi edə bilər. Onsuzda dünya, insanların tərbiyələnməsi, günahlarından təmizlənməsi və dünyada olan hər bir nemətdən istifadə edilməsi üçün yaradılmışdır. İnsan yaşadığı həyatdan və ya etdiyi hansısa bir hərəkətdən peşman ola bilər ancaq bu peşmanlığı düzəltmə imkanı vardır. İnsan etdiyi səhfdən sonra tövbə edib Allahın onu bağışlayacağına ümüd edə bilər.” Quranda Allah səmimi olaraq edilən hər tövbəni bağışlayacağını xəbər verər. Çünki, Allah insanın içində olan hər düşüncəni, hər hissi bilir və səmimi edilən bütün tövbələr cavabsız qalmır. Əlbətdə tövbə kimi gözəl bir duyğunun olması o demək deyil ki, insan ağlına gələn hər hərəkəti etməli və düşünməlidir ki: “Əşi onsuzda tövbə edəcəm də...” Yox. Ancaq etdiyimiz hərəkətdən həqiqətən peşmanıqsa tövbə etmənin bir anlamı var. Unutmamalıyıq ki, Allah bizim qelbimizi görür və yalandan tövbə etməyimizin heç bir mənası yoxdu. Peşman olmaq, insanin hələ də həqiqətən var olduğunu və səhflərini, doğru yolu görə bilməyə qadir olduğunu göstərən bir duyğudur. İnsanin bu duyğuya sahib olması gözəldir çünki, bu hər kəsin sahib olacağı bir hiss deyil. Ancaq hər şey yerində və normasında gözəldir. Gəlin bu hissi hər zaman qəlbimizin bir qırağında saxlayaq. Ancaq bunu həyat şüarına çevirməyək. Çünki səhflər səhfi, doğrularsa doğrunu gətirər. Günel Cəfərova
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|