| |
Geri |
|
| |
 |
| Vüsalə ÇİNGİZ |
|
| Dəyəri itirdikdən sonra anlayırıq | |
| 02.02.2008 | |
| Heç olmazsa sağlamlığımıza qarşı bunu etməyək | |
|
| |
Keçən dəfəki mövzumda psixoloqlardan söhbət açmışdım. Bu dəfə isə ümumiyyətlə səhiyyə sistemindən yazmaq istəyirəm. İnsanların son zamanlarda ən çox əhəmiyət verdikləri şey puldur. Ancaq gəlin qəbul edək, ömrümüz boyunca ən çox eşitdiymiz arzu “can sağlığı” bir də “uzun ömürdür”. Uzun ömür nə dərəcədə arzu olunası bir şeydir bilmirəm. Çünki 24 saatı heç nəsiz boş-boşuna keçirməkdənsə onun bir saatını dolu-dolu keçirə bilmək məncə daha yaxşıdır. Uzun ömür də elə. Bəzən yaşadığımız bir an bir ömürə bərabər olur. Can sağlığına isə bəlkə də artıq hamımıza şablon ifadə kimi gəldiyindən arzu kimi səsləndikdə o qədər də əhəmiyyət vermirik. Ancaq bir insana arzu edə biləcəyimiz ən dəyərli şeydir, can sağlığı. Düşünün haranızsa ağrıyanda gözünüzə nə isə başqa şey görünür. Həmin an küçənin o biri başında göydən pul yağır desələr insanın qalxmağa nə taqəti olur nə də ki, həvəsi. Çünki həmin an insan necə deyərlər canının dərdində olur. Sağlamlıq insanın həyatda sahib ola biləcəyi əvəzolunmaz bir şeydir. Onu yəqin ki, heç kim heç nə ilə dəyişməz. Lakin biz insanlar sağlamlığımızın dəyərini yalnız onu itirdikdən sonra anlayırıq. Ümumiyyətlə isə təkcə sağlamlığımızın deyil, insan əlində olan heç nəyin dəyərini ona sahib olduğu vaxtlar bilə bilmir. Yəqin ki, bir yeri ağrımadan həkimə gedən bir insan görməmisiniz. Yalnız özümüzü pis hiss etdiyimiz zaman həkimə müraciət etməyi lazımlı bilirik. Əslində bundan sonra deyəcəklərimi hamı bilir. Sadəcə bildiklərinə heç kəs riayət etmir. Hər insan 6 aydan bir, olmazsa ən azı ildə bir dəfə ümumi müayinədən keçməlidir. Belə olduqda orqanlarınızın fəaliyyəti nəzarət altında olur və ən xırda nasazlıq belə tez aşkar olunur. Bu halda xəstəliyin aradan götürülməsi mümkün olur. Lakin gecikmiş müalicə bəzən faydalı olmaya bilər. Əslində isə bunu həkimlər özləri belə qəbul edirlər ki, müalicə heç də xəstəliyin tamamilə yox edilməsi demək deyil. Həkimlər xəstəliyin müddətli olaraq qarşısını alır və inkişafını saxlayırlar. Lakin artıq xəstə olan hər hansı orqanınızı əvvəlki sağlam halına qaytarmaq heç bir həkimin qüvvəsində ola bilməz.Ona görə də çalışın ki, düzgün həyat tərzi keçirin və sağlamlığınızı itirməyin. Lakin bu məsələnin başqa bir tərəfi də var. Biz həkimə heç hə haramızsa ilk dəfə ağrıyanda getmirik. Gözləyirik vəziyyət ola bildiyi qədər ağırlaşır. Artıq ağrıya dözümümüz qalmadığı, başqa çarəmiz olmadığı vaxt son yol kimi həkimə getməyi seçirik. Bu isə heç mənim deməyimə gərək yoxdur, təbii ki, düzgün deyil. Əslində vətəndaşları da başa düşmək lazımdır. Aldığı maaşla ailəsini güclə dolandıran insan həkimə necə getsin? Hansı pulla? Son verilən qərara görə Azərbaycanda bütün dövlət tibb müəsisələri pulsuz tibbi xidmətə keçiriləcək. Bu qanuna qüvvəyə mindikdən sonra nə dərəcədə riayət olunacaq bu haqda heç bir fikir yürütmək istəmirəm. Ancaq hər nə qədər əməl olunsa da, olunmasa da imkanı çatmayan insanların tibbi müayinəyə gedəcək şansları olacaq. Çünki verilən qanunlara əməl etmək hər vətəndaşın borcudur, həkimlərin də o cümlədən. Səhiyyəmizdə başqa bir problem də qeyri-steril alətlərdən istifadədir. Həkimlər insanların sağlamlıqlarına bəzən barmaqarası yanaşırlar. Və həkimə bir xəstəlikdən müalicə üçün gedən vətəndaş elə xəstəxanada başqa bir xəstəliyə yoluxur. Bunun Allah qorusun QİÇS-i var, Hepatit C kimi müalicəsi olmayan xəstəlikləri var. Ona görə də elə şeylər var ki, onu həkimdən özünüz tələb etməlisiniz. Həkimə getdiyiniz vaxt istifadə olunacaq alətlərin steril olunduğundan əmin olun ya da ən yaxşısı bu prosesin sizin gözünüz önündə aparılmasını həkimdən xahiş hətta lazım gələrsə tələb edin. Hər şey sizin və gələcəyiniz üçündür. Həmişə hər yerdə susmaq isə inanın heç kəsə bu günə kimi xeyir gətirməyib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|