| |
Geri |
|
| |
 |
| Vüsalə ÇİNGİZ |
|
| Bizim toyda... | |
| 06.02.2008 | |
| İnsanlar toy etmək üçün evlənmirlər, evləndikləri üçün toy edirlər | |
|
| |
Bu dəfə yazmaq istədiyim mövzu əslində indiyə qədər çox yazar tərəfindən işlənib, çox televiziya verlişlərinin mövzusu olub, çox forumlarda müzakirəyə qoyulub. Toydan yazmaq istəyirəm. Təki hər kəsin evində toy olsun, ancaq bu gün mən Azərbaycan toylarının mənfiliklərindən yazacam. Əslində bəlkə də indi deyəcəklərimi böyüklərimizin çoxu qəbul etməyəcək amma gənclərlə söhbətimdən görürəm ki, bizlərin demək olar çoxumuzun fikri üst-üstə gəlir. İlk öncə başlayaq toy adı çəkilən kimi insanların ən bahalı restoranları axtarış məsələsinə. Sanki kiminləsə yarış edər kimi hamı toyu ən bahalı restoranda etməyə can atır. Toy süfrəsində də maşallah yeməklərin çoxluğundan baqmaq basmağa yer olmur. Allah həmişə bolluq etsin. Mənim demək istədiyimsə bu qədər lüzümsuz xərcə nə ehtiyac var görəsən? Əslində Azərbaycan xalqının bu psixologiyasına yazılmış bir şeydir. Toya gedən insanları toyun təşkili və ya oğlanla qızın xoşbəxtliyindən çox süfrədə olan yeməklər maraqlandırır. Əgər stolda 5 yox 3 yemək olsa toydan qayıdan bir nəfərdən toy necə keçdi soruşsan “əşi pis, stollarının üstündə heç nə yox idi” cavabını eşidəcəksən. Yəni toy necə keçdi sualını hamı stolun üstündə nələr var idi sualı ilə səhv salır nədənsə. Mənə də o maraqlıdır görəsən həmin gün toy olmasa, evdə heç olmasa günü keçirmək üçün yemək yox idi? Sadəcə yemək üçün toya getməkdənsə dəvətnaməni cırıb atmaq inanın ən yaxşısıdır. Toy evi də məhz bu kimi hallara görə ən yaxşı restoranı seçib, stola müxtəlif yeməklər, saladlar, içkilər düzdürməyə çalışırlar. Təbii onu da unutmadan deyim kişilərsə sadəcə yemək üçün yox həm də içmək üçün gedirlər. Yayda tanışlarımdan biri toy etməyə hazırlaşırdı. Din ilə məşğul olduğundan süfrədə spirtli içki olmayacaq dedi. Yanımızda kişi cinsin nümayəndəsindən biri “day de ki, sənin toyuna heç kəs gəlməyəcək ki” dedi. Mənim də “nədir siz toya içməyə gedirsiz?” sualıma cavabını “bəs nə bilmişdin” şəklində aldım. Əslində isə bütün bunlar belə olmalı deyil. Sadəcə bir toy mərasimi (heç də baha olmayan bir yerdə) ilə gənclər muradlarına çatmalıdırlar vəssalam. Nəticədə hamı o toya niyə gəlir? Oğlanla qız evlənir deyə. O zaman iki halda da bu olursa o qədər əziyyətə düşməyin nə mənası var. İndi yəqin fikirləşirsiniz ki, “toya o qədər pul yazdırırıq ac qayıdaq?” Elə bilirsiniz toya verdiyiniz pul toy sahibinə qalır. Sözsüz ki, yox. O da toya yemək məqsədi ilə gələnlərin qarnını doyuzdurmaq üçün girdiyi borclarını qaytarır. Hələ heç inanın ki, sizin verdiyiniz pullar borcların yarısı belə etmir. Yəni toy sadə bir mərasimlə başa vurulsa siz də əziyyət çəkib o qədər pul yazdırmassınız. Hər şey qarşılıqlıdır. Toyun dəvətlilər üçün acı tərəflərindən biri. Ilk öncə hamı bu dəfə nə geyinim deyə fikirləşir. Bu normaldır. Çünki toya gündəlik paltarla getmək o qədər də məntiqli bir şey deyil. Keçək qadınların məsələsinə. Stol arxasında oturan xanımlara baxanda insan bilmir toya gəlib yoxsa ayaqüstü gəzən zərgərlik mağazasına. Sonradan görürsən ki, yox bu satış deyil sadəcə sərgidir. Toydan bir ay sonra belə toy qalır bir kənara hamı hansı qadının qızıl sərgisində qalib gəldiyi haqqında danışır. Qadınlar bir-birilərinə qızıllarını nümayiş etdirmək üçün evdə olan qalan hətta qonşudan bir günlük alınan bahalı aksesuar əşyalarını üst-üstə taxırlar. Toydan sonra da təbii yazıq kişilərin başı gedir. Çünki qızılı az olan qadın növbəti gedəcəyi toya qədər “görürsən filankəsin arvadında nə qədər qızıl var idi. İndi də məndə olanlara bax” deyir və nəyi var deyinir. Bu məsələlər belə. İndi də yazım biz gənclərin ən çox nifrət etdiymiz toy adətimizdən. Yengə. Yəqin ki, bu sözü eşidən gənclərin 98 faizinin içindən qışqırmaq keçir. Adama deyərlər neçənci əsrdə yaşayırıq axı biz. Əziz böyüklərimiz əl çəkin bu 10-15 əsr bundan öncədən qalan adətlərinizdən. Bəsdir. Toydan sonra başlayır ay nə bilim ev gördü, gəlin gördü, üzə çıxdı, 3 günlük, 40 günlük və bunun kimi minlərcə axmaq axmaq şeylər. (Bəlkə də düz yazmadığım şeylər oldu. Bu adətləri hətta eşidəndə belə əsəbləşdiyimdən adları çəkiləndə qulaq asmıram) Götürək elə ev gördüdü yoxsa nə bilim nədir onu. Qonum-qonşu, qohum-əqraba gəlir. Qızın cehiz olaraq nə gətirdiyinə baxır sonra da başlayırlar söz söhbətə. “Arvadların ağzı torba deyil ki büzəsən” İnandırım sizi qız bəlkə neçə ədəd boşqab və ya stəkan gətirdiyini dəqiq bilməz amma onlar sayını da bilir, hətta harda yerləşdiyini də. O birilirini də yazmağıma ehtiyac yoxdur. Çatdırmaq istədiyim böyüklərimiz bu keçmişdən qalma adət-ənənələrdən əl çəksinlər, gənclər də bəzi istəklərinin üstündə təkidlə dursunlar. Çünki yavaş-yavaş bu kimi axmaq adətlərimizi bir-ikimiz etməsək müəyyən müddət sonra aradan çıxarda bilərik. Qısası dəbdəbəli toydur, cer-cehizdir. Bunlar hamısı boş şeydir. Bir neçə il keçdikdən sonra onların hamısı unudulur gedir. Ən bahalı restoranda toy edib, dünya mətbəxinin yeməklərini stola düzdürüb, adət-ənənələrə böyüklərin sözünə görə yerli yerində əməl edib sonradan bədbəxt olmaqdansa, adi bir yerdə, stolda bir-iki yeməyin olduğu toy mərasimi keçirib, sonra da özün istədiyin kimi yaşayıb xoşbəxt olmaq daha yaxşıdır. Çünki ağıllı insanlar toy etmək üçün evlənmirlər, evləndikləri üçün toy edirlər.
|
| |
|
| |
|
|
|
| | DOGRUDUR AMMA....... |
| vUSALE XANİM gozel yazmisiz amma ...... Bilirsiz necedi men cox olkelerde olmusam. Amma inanin bizim toylar kimi maraglisi, şen olani hec bi...  |
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|