Elçibəyin səsi !.. Axtar: 
   • ABŞ İrana hücum edəcək?    • Samboçularımız 3 bürünc medal qazandı    • Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib    • Gürcüstanla Rusiya arasındakı gərginlik silahlı qarşıdurma mərhələsinə kecə bilər    • "Soyqırım" iddialı ermənilər latındilliləri qəzəbləndirib    • Milli Məclis AXC-nin yubileyinə hazırlaşır    • Rusiyalı iş adamlarına xəbərdarlıq edilib    • Tibb işçilərinin maaşları 30% artırılacaq    • Cəbhədə mövqelərimiz atəşə tutulub    • ABŞ gəmisi İran gəmisinə atəş açıb
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Turan OSMANLI
Turan OSMANLI
"Atom sobaları"
06.03.2008
İndi də qazın bolluğundan qırılırıq
  ...Sevindik. Bölgələrə qaz verilir. Ölkə qazlaşdırılır. Hakimiyyət də fürsətdən isitfadə edib bölgələrə qaz vurub baş doldurdu. Hələ bir ərk edib Azərbaycandan ağlaya-ağlaya qaz alıb erməni kəndlərini isidən Gürcüstana qazın qiymətini də artırdıq. Xülasə evlərə sevinc, hakimiyyətin başına isə necə deyərlər ucalıq gəldi. Amma son zamanlar dəm qaızndan boğulma hallarınını artması göstərdi ki, bu ucalıq gələn başı bir az işlətmək lazımdı. Son bir neçə ayda Bakıda və bölgələrdə insanların dəm qazından boğulma hallarına hərə bir şərh verdi. “Adi bir haldır”, “ Diqqətli olsunlar da...” deyənlər da oldu, can yandırıb “ Can-can ananız ölsün...” deyib ürəkdən məyus olanlar da. Amma ölənlər də artıq ölüb, analarının da gözləri yaşlı qalıb.
Bəs əsl ölməli kimdir? Kimin anası ölməlidir? Deyilənlərə görə qazdan boğulanların əksəriyyəti İran istehsalı olan qaz sobalarından istifadə edirlərmiş; bu barədə mətbuatda yayılan xəbərlərin əksəriyyətinin sonluğunda “ qeyd edək ki bədbəxt hadisə baş verən evdə İranda istehsalı olunan qaz sobalarından istifadə edirlərmiş” cümləsini yazmağı unutmurlar. Bunu anladıq, bəs bu səhə ilə əlaqəli olan orqanlar niyə susur? Nə üçün əhali arasında İranın istehsal etdiyi bu keyfiyyətsiz, ölüm gətirən bu cür sobalardan istifadə etməməyi tövsiyyəsi bir yana, heç olmasa qazla düzgün davranmaq qaydalarını təbliğ etmirlər? Nə üçün Lüt müğənnilərin mənəviyyatdan, əlxaqdan, şərəf və ləyaqətdən dəm vuran uzun-uzadı söhbətlərini, ATƏT-in məqsədi bəlli olub millətə ağ yalanlar sırıyan görüşlərini saatlarla reklam edib sözün əsl mənasında millətin zəhləsini aparan telekanalların heç birində bu barədə təbliğat bir yana, bir süjet belə hazırlanmır? Bəlkə ölümün də limiti var? Bəlkə bu zəhrimar dəm qazından Avropa standartlarına görə 1 kvadrat kilometrə filan qədər insan tələf olandan sonra bu məsələyə baxıla bilər? Ya bəlkə aylarla evlərinə qaz verilməyən Bakıətrafə kəndlərin sakinlərinə “ Necə yəni qaz gəlmir? Korsunuz, camaat qazdan qırılır, siz də deyirsiniz qaz yoxdur!” demək istəyirlər? Sözdü də dedim, ürəyimi boşaltmaq üçün. İnanmıram ( hamı kimi) bundan sonra bu yönümdə bizim əlaqəli və cavabdeh təşkilatlar bir tədbir görsün. Uzağı satışa yeni daha sərfəli qiymətə və keyfiyyətli, kreditə və faizsiz satılan yeni qaz sobaları çıxaracaqlar. Təki! Odur ki ümid qalır Allaha və özümüzə. Siz Allah ehtiyatlı olun! Qaz sobalarını yandırıb söndürərkən diqqət edin. Yeri gəlmişkən bu yaxınlarda İranın “qazlı” prezidenti bütün dünyaya elan etdi ki, “ Nüvə proqramı bitdi!”. Bir qaz sobasını istehsal edib ortaya çıxara bilməyən bu zalım oğlu Əhmədnejdadın “atom bombası”nın hazır olmasına bilmirəm necə inanım? Bəlkə elə “Atom bombası” deyəndə İran hakimiyyəti öz istehsal etdikləri sobalar kimi keyfiyyətsiz məhsullarını nəzərdə tuturlar ki, onlarla başımızı “qazlayıb” bizdən başlayaraq dünyanın axırına çıxmaq fikrindədirlər?! Nə deyim vallah... Bircə bunu deyə bilərəm, “Niyyətləri öz başlarında çatlasın!” Çalışaq “qazlan”mayaq...
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Qəhrəmanlıq günü
 » "Santa Klaus" xəstəliyi
 
  XƏBƏRLƏR
  ABŞ İrana hücum edəcək?
Pentaqon İrana hücum planının hazırlanmasına dair göstəriş verib
30.04.2008 11:43:06
 
   PKK mövqeləri bombardman edildi  
   Əsgər intihar edibmiş...  
   Nensi Pelosi yaman təəssüflənib  
   Kəlbəcərin işğalından 15 il keçir  
   Turqut Özalın oğlu həbs edilib  
   Gürcüstan müxalifətinin yeni tələbi  
   Çində terrorun qarşısı alınıb  
   Ermənlər iki soydaşımızı öldürdü  
   Medvedyev Rusiya prezidentidir  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Garip ve inanılmaz resimler
Sonrakı >
< Əvvəlki
Garip ve inanılmaz resimler
Garip, inanılmaz resimler ve göz yanılmalarından kareler.
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.